FoodWaStop

İşçi Qruplar

  • English
  • Afrikaans
  • Shqip
  • Azərbaycan
  • Euskara
  • български
  • Català
  • Hrvatski
  • Čeština
  • Galego
  • Deutsch
  • Magyar
  • Italiano
  • Latviešu valoda
  • Română
  • Español
  • Türkçe
  • Українська

FoodWaStop bir-birilə əlaqəli  altı İşçi Qrupunun (İQ) fəaliyyəti vasitəsilə altı əsas problemi həll edərək aşağıdakı suallara cavab verəcəkdir:

Çağırış 1: Ərzaq itkiləri və israfının (FLW) azaldılması üçün maarifləndirməni artırmaq məqsədilə səmərəli və uzlaşdırılmış şəkildə birgə fəaliyyət göstərmək üçün hansı keçid addımlarının atılması zəruridir?

Avropa İttifaqında və qlobal miqyasda ərzaq itkiləri və israfının (FLW) azaldılmasına yönəlmiş elmi əsaslara söykənən strategiyanın formalaşdırılmasına töhfə vermək – bu məqsədlə İnklüzivlik Hədəf Ölkələrində (İHO), Aralıq dənizi regionuna aid Avropa İttifaqına üzv olmayan ölkələrdə və digər COST-a üzv olmayan ölkələrdə tətbiq oluna biləcək bir modelin müəyyənləşdirilməsi.

Çağırış 2: Biznes müəssisəsi yaxşı təcrübələrin mübadiləsindən necə faydalana bilər?

Avropa boyunca COST və COST-a daxil olmayan ölkələrdən olan multidissiplinar ekspert qrupunu, tədqiqatçıları və biznes müəssisələrini cəlb etməklə davamlı qida təhlükəsizliyinin təminatının həyata keçirilməsini sürətləndirəcək bir şəbəkənin yaradılması.

Çağırış 3: Vətəndaş elmi, ərzaq itkisi və israfını (FLW) miqdarca necə ölçə bilər?

FLW-ni (ərzaq itkisi və israfını) miqdarca qiymətləndirmək üçün mövcud məlumatları toplayacaq etibarlı bir verilənlər bazasının yaradılması. Bu verilənlər bazası həmçinin FLW məlumatlarındakı əsas zəif cəhətləri də önə çıxaracaq. Bu Şəbəkə siyasətçilərdən başlayaraq bütün aqro-qida zənciri iştirakçıları daxil olmaqla, bütün maraqlı tərəflər üçün faydalı olacaq.

Çağırış 4: Yuxarı axın qida təchizat zəncirini davamlılıq və resurslara qənaət istiqamətində necə yenidən qurmaq olar?

Təchizat zənciri boyunca ərzaq itkisi və israfının (FLW) monitorinq sistemlərinin təkmilləşdirilməsi və harmonizasiyası.

Çağırış 5: Ağıllı həllər, FLW-ni azaltmaq üçün bütün səviyyələrdə necə əsas rol oynaya bilər?

Əsas FLW iştirakçılarının inteqrasiyası, burada Aralıq dənizi ölkələri və COST və COST-a daxil olmayan ölkələrdən olan ekspertlər ağıllı həllərin qurulması üçün iştirak edəcəklər.

Çağırış 6: Şəbəkə necə bilik və bacarıqları irəlilədərək tədqiqat nəticələrini müvafiq maraqlı tərəflərə, kiçik və orta müəssisələrə (KOB-lar), fermerlərə ötürə və sənaye səviyyəsində tətbiq oluna bilər?

Şəbəkədən toplanan təcrübə və biliklərə əsaslanaraq, FLW-ni (ərzaq itkisi və israfını) qarşısını almaq, idarə etmək, miqdarca ölçmək və dəyərləndirmək üçün effektiv texnologiyaların inventarının hazırlanması.